“Maqazin verlişlərinə çıxmıram, müsahibə vermirəm”


Şou-biznes 09 Apr 2018 12:11:00 247 0

“Maqazin verlişlərinə çıxmıram, müsahibə vermirəm”

Canlı verilişlərdən çəkinirəm.

Son.az bildirir ki, ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı müğənni Elnur Məmmədov olub. O, şou-biznesdə başlayan bayağılaşmaya etiraz edib: "Hərdən baxıram ki, musiqidən anlayışı olmayan elə insanları təqdim edirlər ki... Gör biz nələr çəkirik. Bir çox müğənnilər danışır, mən onları qınamıram. Ömür boyu bayağı musiqilərə tələbat olub. Sadəcə, əvəllər senzura olub. Əvəllər nə qədər bayağı müğənnilər olub ki, efirlər qoymayıblar. Efir üzünə həsrət olublar, ancaq mağarlarda oxuyublar.

Amma indi özəl kanallar çoxdu deyə artıq bilmirlər nə təqdim etsinlər. Açıq deyirəm bir ara mən özümə sərhəd qoymuşdum. 2 ildən çoxdur ki, maqazin verlişlərinə çıxmıram, müsahibə vermirəm. Heç kimin xətrinə deyməsin, sevmirəm. Artıq canlı verilişlərdən də çəkinirəm".


Xəbərə aid fotolar