Aygünün Röyanı özündən çıxaran paylaşımını Elnarə müdafiə etdi


Şou-biznes 09 Apr 2018 11:44:00 233 0

Aygünün Röyanı özündən çıxaran paylaşımını Elnarə müdafiə etdi

Xalq artisti Aygün Kazımovanın İnstaqram səhifəsində küsülü olduğu əməkdar artist Röya Ayxanın da yer aldığı video paylaşması qalmaqala səbəb olmuşdu.

Son.az axşam.az-a istinadən xəbər verir ki, videoda yer alanlardan olan müğənni Elnarə Xəlilova Kazımovaya dəstək olub.

Sənətçi "ATV maqazin onlarla" verilişində bildirib ki, Kazımova onlara qarşı böyük jest edib:

"Bildim ki, o, onu nə niyyətlə etdi. Burada pis niyyət görmürəm. Biz 2001-ci illərdə necəyiksə, elə o gündəyik. Hər adamın işi deyildi bu jesti etsin, addımı atsın, İnstaqramda işarələsin, əl uzatsın. Mən də dəfələrlə etmişəm. Görüntülərdə hamımız necə varıqsa, eləyik. Hamıda var da "əvvəl sonra" effekti. Natavan da gözəldir, hamımız özümüzü formada saxlamaq üçün çalışırıq".