Azərbaycan-BP əlaqələrinin inkişafına dair müzakirələr aparılıb


Digərləri 09 Apr 2018 11:37:59 241 0

Azərbaycan-BP əlaqələrinin inkişafına dair müzakirələr aparılıb

İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns ilə görüşüb.

Bakı. İqtisadiyyat naziri Şahin Mustafayev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Couns ilə görüşüb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, Şahin Mustafayev Azərbaycanın uzun müddətdir ki, BP ilə əməkdaşlıq etdiyini və əlaqələrimizin etimad üzərində qurulduğunu vurğulayıb. Qeyd olunub ki, 1994-cü ildə imzalanmış və regionda inkişafa və sabitliyə təkan verən “Əsrin müqaviləsi” bunun əyani göstəricisidir. BP-nin Azərbaycanda və regionda həyata keçirdiyi “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, Cənubi Qafqaz Boru Kəməri layihələri vaxtında və uğurla həyata keçirilib və bu layihələrdən ölkəmiz böyük mənfəət əldə edib. Şahin Mustafayev bu layihələrin Azərbaycanın Avropanın enerji təminatında rolunu əhəmiyyətli dərəcədə artırdığını qeyd edib. Neft gəlirləri, o cümlədən BP ilə birgə reallaşdırılan layihələr hesabına əldə olunan vəsait Azərbaycan üçün prioritet olan qeyri-neft sektorunun və insan kapitalının inkişafına yönəldilib, sosial layihələr həyata keçirilib.