"Kimyəvi silahın istifadəsinə dair hər hansı iz yoxdur"


Dünya 09 Apr 2018 11:20:00 315 0

"Kimyəvi silahın istifadəsinə dair hər hansı iz yoxdur"

"Dumada kimyəvi silahın istifadəsinə dair hər hansı bir iz yoxdur"

Amerika və Türkiyə də daxil olmaqla NATO ölkələri Suriya hökümətini mülki vətəndaşlara qarşı kimyəvi silah istifadə etməkdə və Rusiya ilə İranın hücuma dəstək olmaqda günahlandırır.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, Suriya tibb mütəxəssisinin dediyinə görə, Dumada kimyəvi silahın istifadəsinə dair hər hansı bir iz yoxdur.

"Uzun müddətdir ki, Dumadakı mərkəzi xəstəxanada işləyirəm. Xəstəxanaya 6 nəfər tənəffüs problemlərindən əziyyət çəkən xəstə gətirilib. Onlar müayinə edilib, kimyəvi silahdan istifadə ilə bağlı hər hansı iz tapılmayıb", - Qızıl Aypara cəmiyyətinin üzvü, 7 ildir Dumadakı mərkəzi xəstəxanada işləyən tibbi ekspert Seif Aldin Hobia söyləyib.