İşdən sonra işçilərə zəng edən müdirlər cərimələnəcəklər


Dünya 09 Apr 2018 11:25:00 245 0

İşdən sonra işçilərə zəng edən müdirlər cərimələnəcəklər

Nyu-York şəhər şurası iş saatlarından kənarda işçilərə zəng edən rəhbərlərin cərimələnməsi barədə qanun layihəsini nəzərdən keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, iş vaxtından sonra işçiyə zəng etməyə çalışan müdir 250 dollar məbləğində cərimələnə bilər.

İşdən sonra işçiyə zəng yalnız fors-major hallarda mümkün ola bilər. Bununla belə, qanun layihəsində qeyd olunur ki, zənglərin sayından asılı olmayaraq işçi telefonu açmamaq hüququna sahib olacaq.