"Formula 1" Azərbaycan Qran Prisinin keçiriləcəyi ərazilərdə yaşayan sakinlərə icazə sənədinin veriləcəyi tarix açıqlanıb


İqtisadiyyat 09 Apr 2018 11:09:51 288 0

"Formula 1" Azərbaycan Qran Prisinin keçiriləcəyi ərazilərdə yaşayan sakinlərə icazə sənədinin veriləcəyi tarix açıqlanıb

"Formula 1" Azərbaycan Qran Prisi zamanı Bakıda nəqliyyatın qadağan olunacağı ərazilər 3 zonaya ayrılacaq

"Formula 1" 2018-ci il Azərbaycan Qran Prisi zamanı Bakıda nəqliyyatın qadağan olunacağı ərazilər 3 zonaya ayrılacaq.

Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Birinci zonaya trekin əhatə etdiyi içəri şəhər, ikinci zonaya "Azadlıq" meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir.

Bildirilib ki, əlaqədar qurumlar tərəfindən bu zonada yaşayan sakinlərə, kirayəşinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara giriş üçün icazə sənədi təqdim olunacaq. İcazə sənədi yol məhdudiyyətləri tətbiq edilən müddətdə - 23 aprel - 1 mayda etibarlı olacaq. İcazə sənədini aprelin 12-dən 23-dək İçərişəhər Dövlət Tarix-Memarlıq İdarəsi, 4 saylı Mənzil Kommunal İstismar İdarəsi və 58 saylı Mənzil Kommunal İstismar Sahəsindən əldə etmək olacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 27-dən 29-dəkkeçiriləcək.