“Standard Insurance”in rəhbərliyi dəyişib


İqtisadiyyat 09 Apr 2018 10:50:01 223 0

“Standard Insurance”in rəhbərliyi dəyişib

Oruc Heydərovu Rəhman Babayev əvəz edib

“Standard Insurance” Sığorta Şirkəti ASC-nin Direktorlar Şurasının (DŞ) sədri Oruc Heydərov vəzifəsindən azad edilərək DŞ-nın üzvü təyin edilib.

“Report” şirkətə istinadən xəbər verir ki, onun yerinəRəhman Babayev gətirilib.

DŞ-nın digər üzvü isə Emil Babayevdir. Xatırladaq ki, O.Heydərov ötən ilin aprel ayından DŞ-ya rəhbərlik edirdi.