ABŞ-da məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, 40-dan çox adam xəsarət alıb - VİDEO


Dünya 09 Apr 2018 10:57:03 353 0

ABŞ-da məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, 40-dan çox adam xəsarət alıb - VİDEO

Lonq Aylenddəki qəza nəticəsində avtobusun dam örtüyü tam sıradan çıxıb

ABŞ-ın Nyu-York ştatında məktəbliləri daşıyan avtobus estakadaya çırpılıb.

"Report" "ABC News"a istinadən xəbər verir ki, qəza nəticəsində 40-dan çox adam xəsarət alıb.

Lonq Aylenddə baş verən qəza nəticəsində avtobusun dam örtüyü tam sıradan çıxıb.

Ştat polisindən bildirilib ki, qəza nəticəsində avtobusda olan 44 nəfərdən 42-si xəsarət alıb. Yaralıların çoxu ağır xəsarətlər alıb.

Yerli KİV avtobusun Avropaya səyahətdən qayıdan uşaqları Con Kennedi adına Beynəlxalq Hava Limanından yola çıxardığını qeyd edib.