Qaradağda “Abad məhəllə” layihəsinin icrası uğurla davam etdirilir


Digərləri 09 Apr 2018 10:46:56 262 0

Qaradağda “Abad məhəllə” layihəsinin icrası uğurla davam etdirilir

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Qaradağ rayonunda da abadlıq və quruculuq işləri sürətlə davam etdirilir.

Bakı. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkənin hər yerində olduğu kimi, Qaradağ rayonunda da abadlıq və quruculuq işləri sürətlə davam etdirilir. Rayon icra hakimiyyətindən Trend-ə verilən məlumata görə, çoxmərtəbəli yaşayış evlərinin fasad və dam örtükləri yenilənir, mərkəzi küçələr, məhəllədaxili yollar əsaslı şəkildə yenidən qurulur, işıqlandırma sistemi müasirləşdirilir, park və meydançalarda müasir tələblər səviyyəsində təmir işləri aparılır, yeni abad məhəllələr salınır. Bir neçə ildir ki, Qaradağ rayonunda “Abad məhəllə” layihəsi də bu məqsədlərə xidmət edir. Son illərdə bir çox ünvanda əsaslı və yenidənqurma işləri aparılaraq, nümunəvi məhəllələr yaradılıb. Bu il ərzində rayonun bir neçə ünvanında “Abad məhəllə” layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilib.