Arvadını və iki oğlunu öldürdü: 14 yaşlı ögey qızını zorladı


Dünya 09 Apr 2018 10:34:49 304 0

Arvadını və iki oğlunu öldürdü: 14 yaşlı ögey qızını zorladı

Türkiyənin Təkirdağ vilayətində həbsdən çıxan ögey ata arvadı və qadının birinci evliliyindən olan iki oğlunu öldürüb, qaçırdığı qızını zorlayıb.    Son.az Haberler-ə istinadən xəbər verir ki, saxlanılan cinayətkar ifadəsində əməlini soyuqqanlılıqla etiraf edib. Şübhəli arvadını ona "pəzəvəng" dediyi üçün öldürdüyünü, qaçırdığı 14 yaşlı ögey qızına da meşəlik ərazidə təcavüz etdiyini boynuna alıb.

Təxminən 4 ay öncə "fahişəliyə vasitəçilik etmək" əməlindən həbs olunan Hayati Belli ilə arvadı Güzel Belli bir həftə öncə həbsxanadan çıxıblar. Ailənin yaşadığı evdə dünən hələlik məlum olmayan səbəblərdən mübahisə düşüb.

Mübahisə zamanı Hayati Belli əlinə aldığı sərt bir əşya ilə Güzel Belli və qadının əvvəlki evliliyindən olan oğulları Ardınç ilə Arda Edirneyə zərbə endirib. Ardınca üçünü də boğaraq öldürüb. Hayati Belli dəhşətli qətlin ardınca arvadının digər evliliyindən olan Melisa Y.-ni qaçırıb.

Bellinin idarə etdiyi avtomobil kameralar ilə təqib edilib.


Xəbərə aid fotolar