27 yaşlı gənci bıçaqladılar


Digərləri 09 Apr 2018 09:13:00 221 0

27 yaşlı gənci bıçaqladılar

Şamaxı şəhərində bıçaqlanma hadisəsi baş verib.

Son.az report-a istinadən xəbər verir ki, şəhərin 48 a məhəlləsində yaşayan 1991-ci il təvəllüdlü Nurlan Veyisbaba oğlu Şirinov naməlum şəraitdə bıçaqlanıb.

O, ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım edilib, onun bel və sarğı nahiyəsində kəsilmiş-deşilmiş iki yara aşkarlanıb. Əməliyyat olunan xəstənin vəziyyəti orta ağırdır.