Burun formanız xarakteriniz haqda nə deyir?


Digərləri 09 Apr 2018 08:59:00 249 0

Burun formanız xarakteriniz haqda nə deyir?

Bədəninizin hər bir nahiyəsinin xarakterinizi bəlli edən bir ünsür olduğunu bilirdinizmi? Saç, göz rəngi, çənə forması kimi bir çox özəlliklər insanları bir-birindən fərqləndirdiyi kimi, xarakter olaraq da ayırır. Bəs burun formanız xarakterinizə nə qədər təsir edir?

Son.az ailem.az-a istinadən bununla bağlı maraqlı məlumatları diqqətinizə çatdırır. 

Aşağı doğru əyimli burun

Bu formada buruna sahib insanlar asan şəkildə təslim olmayan və çətinliklərin üzərinə gedən xarakterə malikdirlər. Ümumi olaraq qoruyucu olan bu insanlar sevdiklərinin üzülməsindən xeyli təsirlənirlər və dərhal bir yol axtarmağa başlayırlar.

Geniş burun

Duyğusal, mərhəmətli və sosial yönlü insanların burunlarına diqqət etdikdə 80 faiz geniş burunlu insanların bu xüsusiyyətlərə sahib olduğunu görəcəksiniz.

Qısa burun

Qısa buruna sahib insanlar qayğılı olmaları ilə bərabər dominant xarakterli insanlar tərəfindən asanlıqla idarə edilə bilirlər. Bunun səbəbi bu insanların həssas, mərhəmətli və duyğusal olmalarıdır. Duyğusal və mərhəmətli olmalarının bir digər təsiri isə sevdiklərinə qarşı hər zaman sadiq olmalarıdır.

Uzun və düz burun  

Dar burun olaraq da adlandırılan bu tip burunlara sahib insanların ən diqqət çəkən xüsusiyyətləri həyatlarının hər sahəsində, hər şəraitdə məsuliyyətli olmalarıdır. Bu məsuliyyət həyatlarındakı əxlaq dəyərlərinə də birbaşa təsir etdiyindən olduqca dürüstdürlər.