Məscid, kilsə, sinaqoq eyni binada tikiləcək Berlində


Dünya 09 Apr 2018 08:30:00 281 0

Məscid, kilsə, sinaqoq eyni binada tikiləcək  Berlində

Berlində özündə eyni zamanda məscid, kilsə və sinaqoqu birləşdirəcək bina tikiləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "House of One" layihəsinin saytında bildirilir.

Məlumata görə, binanın tikintisinə 2019-cu ildə başlanılacaq və işlər iki il davam edəcək. Layihənin əsas ideyası "müxtəlif dinlərin nümayəndələri arasında fikir və ideyalar mübadiləsi"dir.