Tələbəni maşın vurub


Digərləri 09 Apr 2018 08:07:00 256 0

Tələbəni maşın vurub

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin şərq çıxışında, avtovağzalın yaxınlığında qeydə alınıb. Yevlax rayon sakini, Mingəçevir Turizm Kollecinin tələbəsi, 2000-ci il təvəllüdlü Əlizadə Rəhman Zaur oğlu işlədiyi yerdən çıxıb yolu keçmək istəyərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub. O dərhal xəstəxanaya çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.