Saçlarını boyayan xanımların nəzərinə:


Digərləri 09 Apr 2018 07:41:00 281 0

Saçlarını boyayan xanımların nəzərinə:

Saç boyayan zaman bəzi səhvlər edirik və bu da istədiyimiz rəngin alınmasına mane olur. Son.az ailem.az-a istinadən saç boyayarkən edilən səhvlər barədə bəzi məlumatlar verir.

Təmiz saçı boyamayın

Saçınızı boyayacağınız gün başınızı əvvəldən yumayın. Saçınızda və saç dərinizdə olan bədən yağınız sizi boyanın aşındırma, incitmə kimi təsirlərindən qoruyur.

Çətin işləri peşəkarlara etibar edin

Evdə saç boyayarkən bir-iki ton açmaq və tündləşdirmək çətin olmaya bilər. Ancaq daha kəskin dəyişikliklər üçün peşəkarlara müraciət etmək saçınızın sağlamlığı üçün daha münasib olacaq.

Qaşlarınızı boyamayın

Saç rənginizi qaş rənginizlə uyğunlaşdırmaq sizə cazibədar görünə bilər, ancaq qaşlarınızı boyamamalısınız. Boyanı gözə yaxın tutmaq gözlərinizə zərər verə bilər. Həmçinin qaşlarınız, saçlarınızdan daha fərqlidir və buna görə eyni görünüşə sahib olmayacaq.

Əvvəlcə yoxlayın

Xüsusilə boz və ağarmış saçlarınız varsa, bəzi saç boyaları onları örtməkdə elə də müvəffəqiyyətli olmaya bilər. Bu üzdən saçınızın hamısını boyamazdan əvvəl boyanızı və saxlama müddətini yoxlayın. Həmçinin tünd rəng saçlar da bəzi boyaları tutmaya bilər. Buna görə də boyanı saçın bir çəngəsində yoxlamaqda fayda var.