Uşaq otağını dizayn edərkən bu rəngləri seçin


Digərləri 09 Apr 2018 07:28:00 671 0

Uşaq otağını dizayn edərkən bu rəngləri seçin

Uşaq otaqları üçün boya seçəndə valideynlər bəzi məqamlara diqqət etməlidirlər. Aparılan araşdırmalara görə, rənglərin zehni inkişafa və yaradıcılığa, öyrənmə qabiliyyətinə təsiri var. Bəs uşaq otağını dizayn edərkən hansı rənglərdən istifadə olunmalıdır? Hansı rəng uşağa necə təsir edir?

Son.az ailem.az-a istinadən bununla bağlı türkiyəli memar Betül Uçun məsləhətlərini diqqətinizə çatdırır.

Cinsiyyətə görə rəng seçimi

Uşaqlar rəngləri həyatlarının hər yerində görməkdən xoşlanırlar. Oğlan uşağı üçün mavi, qız uşağı üçün çəhrayı rəng etalon deyil. Uşaqlar üçün hazırladığınız məkanlarda bütün rənglər və xüsusilə qırmızı, mavi, yaşıl (əsas rənglər) rənglər bərabər şəkildə divar və əşyalara bölünməlidir. Rənglərdə tünd çalarlar da ayrıca yaradılmalıdır.

Şəxsi xüsusiyyətlər əhəmiyyətlidir

Uşaq otaqları əyləncəli, rahat, eyni zamanda, sağlıqlı bir yuxu üçün basırıq dizayn edilməməlidir. Uşaq otağı dekorasiyasında canlı rənglərdən istifadə etmək onların yaradıcılıq qabiliyyətini artırır və daxili dünyalarını üzə çıxarmağa kömək edir. Ancaq hər rəng uşağınızın şəxsiyyətinə uymaya bilər.

Duyğusal və fiziki inkişafda rənglərin əhəmiyyəti: 

Qırmızı: Enerji verir, xəbərdaredicidir, iştah açan bir rəngdir.

Çəhrayı: Qırmızıya nisbətən daha az təsirli rəngdir. Sakitliyi və xoşbəxtliyi təmsil edir.