Görməni yaxşılaşdıran, göz yorğunluğunu azaldan


Digərləri 09 Apr 2018 04:30:00 291 0

Görməni yaxşılaşdıran, göz yorğunluğunu azaldan

Alimlərin fikrinə görə, görmə problemlərinin əsas səbəblərindən biri görmə aparatının həddindən artıq yüklənməsidir. Son.az ailem.az-a istinadən bildirir ki, müasir insanların gözləri olduqca çox yüklənir ki, bu da bütün dünyada ildən ilə görmə problemlərinin artmasına gətirib çıxardır.

Keçmiş əsrin əvvəllərində amerikalı həkim-oftalmoloq Uilyam Beyts gözlərin dincəlməsi və gərginliyin azaldılması üçün çox sadə üsul təqdim edib. Bu sadə və effektli metodikanın əsasında qədim Şərq müalicə metodları, yoqların meditasiya üsulları durur.

Bütün dünyada bu metod "palminq" kimi tanınır.

Bunun üçün masa arxasında oturub dirsəkləri masaya qoymaq və gözləri ovucları ilə bağlamaq lazımdır (şəkildə göstərildiyi kimi).