Özünüzü daha yaxşı anlamağınız üçün 17 TÖVSİYƏ


Digərləri 08 Apr 2018 23:34:00 338 0

Özünüzü daha yaxşı anlamağınız üçün 17 TÖVSİYƏ

Məşhur avstriyalı alim, psixoloq Ziqmund Freyd psixoanaliz elminin banisi sayılır. Son.az bildirir ki, o, ən çox özünün təhtəlşüur fikir və psixoloji repressiya mexanizmi nəzəriyyələri ilə, həmçinin fikrin tədqiqi üçün psixoanalizin klinik metodunun, pasient və psixoanalist arasındakı dialoqa əsaslanaraq psoxopatologiyanın müalicəsinin yaradıcısı kimi də tanınır.

Z.Freyd insan ruhunun faciəsinin səbəbini və onu sağaltmaq üçün nələr etməli olduğunu çox yaxşı bilirdi. Sizə ruhunuzdan təlaş hissini yox etmək və özünüzü daha yaxşı anlamağınız üçün Ziqmund Freydin 17 tövsiyəsini təqdim edirik.

1. İnsan ruhunun sirri onun uşaqlıq dramlarındadır. Çalışın o dramları aşkarlayasınız, bu zaman şəfa özü gələcək.

2. Özünüzü müqayisə etməli olduğunuz yeganə insan - keçmişdəki özünüz. Daha yaxşı olmağa çalışdığınız yeganə insan - indiki siz.

3. Sən gücü və əminliyi özündən çöldə axtarmağa davam edirsən, amma əmin ol ki, onları öz içində axtarmalısan. Onlar həmişə orda olublar.

4. Şübhəsiz ki, təlaş problemi bir çox vacib sualların düyün nöqtəsidir. Təlaşın müəmmasının tapılması insanın bütün psixoloji həyatını aydınladacaq.

5. Nevroz - qeyri-müəyyənliyə dözə bilməməkdir.

6. Sevgi məsələlərində biri-birinizə mərhəmət etməyin, bu yadlaşmağa səbəb ola bilər. Çətinliklər varsa, onları dəf etmək lazımdır.

7. Təəssüf ki, basdırılmış emosiyalar ölmür. Onlar susmağa məcbur edilsələr də, insana daxildən təsir etməyə davam edirlər.

8. Heç nə təsadüf nəticəsində baş vermir. Hər şeyin ilkin səbəbi olur.