Hollivud ulduzlarının GƏNCLİK SİRRİ: QIZIL SU


Digərləri 08 Apr 2018 22:53:00 395 0

Hollivud ulduzlarının GƏNCLİK SİRRİ: QIZIL SU

Ancelina Coli, Sandra Ballok, Demi Mor kimi dünyaca məşhur kino aktrisaları qızıl su proseduru sayəsində cavan qalır.

Son.az xəbər verir ki, qızıl su proseduru "Micro Needle" üsulu adlanır. Bu prosedur kollagen istehsalını artırır, cildi əməliyyatsız, ağrısız və sürətli şəkildə cavanlaşdırır.

Kollagen - bütün orqanlar üçün birləşdirici toxuma rolunu oynayan, xüsusi yığışdırıcı zülaldır. Kollagen həmçinin dəridə çox miqdarda olub, onun möhkəmliyi və elastikliyə cavabdeh sayılır. Lakin yaşlandıqca kollagenin istehsal prosesi zəifləyir və ilk olaraq dəridə özünü göstərir. Kollagen çatışmazlığı dəri qocalmasıın əsas səbəbidir. Dəri möhkəmlik və elastikliyini itirir, üst qatı nazikləşir, quruluq əmələ gəlir və nəticədə ilk qırışlar yerini tutur. Odur ki, dərinin cavan qalması üçün kollagen istehsalının artırılması vacibdir.

Kollagen istehsalını artıran "Micro Needle" üsulu 2018-ci ilin ən yeni estetik trendlərindən biri hesab olunur.

Bu üsulun özəlliyi nədən ibarədir?