Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 6 milyard dollara yaxın təşkil edib


Digərləri 08 Apr 2018 22:26:00 248 0

Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar 6 milyard dollara yaxın təşkil edib

2017-ci il ərzində Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalar formasında xarici kapitalın ümumi həcmi 5,7 milyard dollar təşkil edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının tədiyə balansında qeyd olunub.

Bu sahədə neft-qaz sektorunun xüsusi çəkisi 86 faizə bərabər olub.

2016-cı ilin göstəricisi ilə müqayisədə Azərbaycana birbaşa xarici investisiyalar 21,9 faiz azalıb.