Qadına qarşı soyğunçuluq edib qaçarkən yaxalandı Bakıda VİDEO


Kriminal 08 Apr 2018 21:54:00 235 0

Qadına qarşı soyğunçuluq edib qaçarkən yaxalandı  Bakıda  VİDEO

Qadına qarşı soyğunçuluq edib qaçan şəxs tutulub.

Son.az bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib. Paytaxt sakini olan qadın Sarayevo küçəsi ilə gedərkən bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək mobil telefonunu ələ keçirərək qaçmağa cəhd göstərib.

Zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan iki mühafizə polisi dərhal reaksiya göstərərək qadına qarşı soyğunçuluq edərək qaçan şəxsi təqib etməyə başlayıblar.

Polis əməkdaşlarının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən şəxs hadisə yerindən bir neçə yüz metr kənarda saxlanılaraq 34-cü polis şöbəsinə təhvil verilib.