Evdə saxladığınız çiçəklərin torpağına darçın səpsəniz...


Digərləri 08 Apr 2018 20:14:00 239 0

Evdə saxladığınız çiçəklərin torpağına darçın səpsəniz...

Evdə yetişdirilən bitkilərin solmaması və sağlam şəkildə böyüməsinə hər zaman nail ola bilmirik. Son.az ailem.az-a istinadən evdə gül saxlamağın bəzi sirlərini açıqlayır.

Darçın insan sağlamlığına faydaları ilə tanınan ədviyyatlardan biridir. Bununla yanaşı darçından bitkilərinizin qorunması üçün də istifadə edə bilərsiniz. Darçın bitkilərdə bitlənmədən göbələyə qədər bir çox problemə çarə ola bilər.

Əgər bitkinizdə yaranan həşəratlardan qurtula bilmirsinizsə, onun torpağına halqa şəklində darçın səpin. Bunun sayəsində güllərinizə həşərat yığılmayacaq.

Bitkilərinizdə göbələk problemi varsa, torpağına darçın tökərək bu problemdən azad ola bilərsiniz.