Qeyriadi müalicəvi sarğı hazırlanıb


Digərləri 08 Apr 2018 19:54:00 379 0

Qeyriadi müalicəvi sarğı hazırlanıb

Amerika alimləri yaraların sürətli sağalmasına imkan verən sarğı hazırlayıblar.

Son.az Trend-ə istinadən bildirir ki, onun yaradılması üçün dəniz yosunlarından alınan xüsusi maddədən istifadə olunub.

Hərbi əməliyyatlar zamanı yaraların vaxtında sarılması böyük əhəmiyyət kəsb edir. Çünki yaranın infeksiyaya yoluxma ehtimalı çox yüksəkdir, həkimi gözləməyə isə vaxt olmur. Bu problemi həll etmək üçün Texas Aqrar-Texniki Universitetinin alimləri yaranı sağaldan inyeksiya sarğısı üçün material yaradıblar.