Bu adi ağrılar xərçəngin əlaməti ola bilər


Digərləri 08 Apr 2018 19:29:00 262 0

Bu adi ağrılar xərçəngin əlaməti ola bilər

Bəşəriyyətin ən böyük bəlalarından birinə çevrilən xərçəng xəstəliyinin erkən aşkarlanmasının böyük əhəmiyyəti var. Siz fərqində olmasanız da, bəzi narahatlıqlar xərçəngin əlaməti ola bilər. Son.az ailem.az-a istinadən xərçəngin bilinməyən əlamətləri barədə məlumat verir.

Boyun və üz şişməsi

Ağciyər xərçəngi üz, boyun, qol və sinənin üst qismində şişlik yarada bilər. Bu şiş başdan ürəyə gedən damara təzyiq edir.

Sümük ağrısı

Yüngül və güclü sümük ağrıları sümük xərçəngi xəstələrinin ortaq şikayətidir. Xərçəng böyüdükcə şikayətləriniz də böyüyür. Bu da yerimə və qaldırma kimi hərəkətləri əngəlləyəcək.

Həssaslığın itməsi

Yuxuda ayağınızda uyuşma hiss edirsiniz? Əgər bu hiss uzun müddət davam edərsə, mütəxəssisə getməyiniz məsləhətdir. Bədəninizin bir və ya birdən çox yerində həssaslığın itməsi, beyin, onurğa, ilik və əzələ kanallarında bir şiş ola bilər.

Əzələ gücsüzlüyü

Gündəlik vəzifələri yerinə yetirməkdə çətinlik çəkirsinizsə, bu xərçəng növü yorğunluq və şişmə ilə birləşərək ortaya çıxar. Məsələn, ağciyər xərçəngi ayaq ətrafında əzələ problemləri yaradaraq, tarazlıq problemlərinə səbəb ola bilər.

Arıqlama

Hər hansı bir pəhriz, ya da idman etmədən arıqlamağa başladınızsa, diqqətli olmalısınız. Xərçəng hüceyrələri bədənin enerji və protein yaratma formasını dəyişdirərək, arıqlamağınıza səbəb ola bilər.

Yorğunluq

Uzun müddətli zəiflik, yorğunluq və özünüzü tükənmiş hiss etdiyiniz zamanlarda vəziyyət ciddi ola bilər. Bu əlamətlərlə bərabər ağrı, mədə bulantısı və ya qusma da varsa, xərçəng, yaxud digər xəstəliklərin xəbərçisi ola bilər.

Şişkinlik