Kapron corabları cırılmağa qoymayan FƏRQLİ ÜSUL


Digərləri 08 Apr 2018 19:20:00 303 0

Kapron corabları cırılmağa qoymayan FƏRQLİ ÜSUL

Elə bir ev tapmazsan ki, orada soyuducu olmasın. Meyvə-tərəvəzlərin, süd, ət məhsullarının təzə qalması üçün soyuduculardan istifadə edirik. Amma soyuducudan başqa məqsədlər üçün də istifadə olunur. Son.az ailem.az-a istinadən soyuducunun buzxanasından başqa məqsədlər üçün yararlanmağın yollarını göstərir.

Corabların cırılmasının qarşısını alır

Nazik kapron corabların ən böyük problemi tez cırılmasıdır. Bu problemin olmaması üçün yeni aldığınız kapron corabları isladıb, suyunu sıxın və 12 saat boyunca buzxanada bir paketin içində saxlayın. 12 saatdan sonra otaq temperaturunda qurudun.

Saqqız ləkələrini təmizləyir

Ayaqqabınıza saqqız yapışarsa, heç narahat olmayın. Saqqızı təmizləməyin asan bir yolu var. Saqqızın üzərinə bir kağız qoyun və ayaqqabınızı 2 saat buzxanada saxlayın. Beləcə, saqqız ayaqqabınızdan asanlıqla çıxacaq.

Ayaqqabı qoxularını aparır

Pis qoxu yayan ayaqqabılarınızı bir sellofan torbaya qoyub buzxanada saxladıqdan sonra, qoxunun getdiyini hiss edəcəksiniz.

Paltarların tiftiklənməsinin qarşısını alır

Toxunma, yun koftaların, jaketlərin, paltarların tiftiklənməməsi üçün bir gecə boyu sellofan torbaya qoyaraq buzxanada saxlayın.

Dodaq boyasını tündləşdirir