3040cı illərin gözəlləri FOTO


Digərləri 08 Apr 2018 19:15:00 329 0

3040cı illərin gözəlləri  FOTO

Əgər modanın inkişafının ən pik nöqtəsinin indiki zamana təsadüf etdiyini düşünürsünüzsə, yanılırsınız. Bizə təqdim olunan hər şey keçmiş trendlərin yenidən işlənmiş versiyalarıdır. Sadəcə dəbdə olan geyimlər bizim üçün indi daha əlçatan olub. O cümlədən trendləri izləmək indi daha asandır.

Müasir xanımlar indi sevdiyi, bəyəndiyi və ilhamlandığı stil ikonalarını, film ulduzları sosial şəbəkələrdə izləyir. Moda evlərinin rəsmi səhifələri və saytları da imkan verir ki, yeni çıxan kolleksiyalarla dərhal tanış olaq.

Aydın məsələdir ki, 60-70 il əvvəl heç bir xanımın yeni çıxan geyim kolleksiyalar və dəb tendensiyaları ilə dərhal tanış olmaq olmaq imkanı yox idi. Onları dəbi jurnallardan izləyir və öyrənirdirlər. 30-40-cı illərdə Amerikada jurnal səhifələrində çap olunan qlamur gözəlçələrin şəkilləri dövrümüzün ən məşhur instaqram blogerlərinin fotolarından heç nədən geri qalmırdı.

Son.az modabaz oxucuları keçmiş fotolara baxmağa və nostalji hisslər yaşamağa dəvət edir.

İkinci dünya müharibəsində Amerikada qadınlar necə geyinirdi?

1. Fotoqraf Erli Teysen, 1940-cı il

Rita Xeyvort öz vaxtının ən məşhur kino ulduzlarından biridir.

2. Fotoqraf Norman Parkinson, 1940-cı il, Vogue üçün

Liza Fonsaqrivs ilk dəfə supermodel adlandırılan isveç modelidir.

3. Fotoqraf Xorst P. Xorst, 1940-cı il, Vogue üçün

Amerikalı aktrisa və model Helen Bennett öz misilsiz saç düzümləriylə məşhur idi.

4. Fotoqraf Toni Frissell, 1941-ci il, Vogue üçün

Boz xizək kostyumunda model.

5. Fotoqraf Con Mexle, 1940-cı il

Amerikalı aktrisa Kerol Lombard.

6. Fotoqraf Xorst P. Xorst, 1940-cı il

Qısa sarı yay sarafanında model.

7. Fotoqraf Con Rolinqs, 1941-ci il

Yaşıl zolaqlı, uzun ipək donda model.

8. Fotoqraf Con Rolinqs, 1941-ci il

Amerikalı aktrisa Loretta Yanq gözəllik və zəriflik təcəssümüdür.

9. Fotoqraf Xorst P. Xorst, 1941-ci il, Vogue üçün

Hollivudun ən məşhur aktrisası Liza Fonsaqrivs.

10. Fotoqraf Xorst P. Xorst, 1941-ci il, Vogue üçün

1940-cı illərdə çox dəbdə olan qalın kəmər və yubka fasonu.

11. Fotoqraf Con Rolinqs, 1942-ci il

Bəbir naxışında astarlı qırmızı paltoda və yun trikotaj donunda model.

12. Fotoqraf Con Rolinqs, 1942-ci il, Glamour üçün

Güllü kupalnik geyinmiş model

13. Fotoqraf Luiza Dal Vulf, 1942-ci il, Harper's Bazaar üçün

Kəpənəkli yay donunda model.

14. Fotoqraf Eliot Elisofon, 1942-ci il

Amerika aktrisası Veronika Leyk dəbə xüsusi saç düzümünü daxil edib.