"Qarabağ"ın "ilk üçlük"də olacağı dəqiqdir


İdman 08 Apr 2018 18:33:00 297 0

"Qarabağ"ın "ilk üçlük"də olacağı dəqiqdir

opaz Premyer Liqasında son dövrəsinə start verən XXII turun ilk oyun günü mükafatçılarından birinin adının rəsmiləşməsi ilə nəticələnib. Goal.az xəbər verir ki, lider "Qarabağ" doğma meydanında "Səbail"i 1:0 hesabı ilə məğlub etməklə sona 6 tur qalmış ilk "üçlük"dəki və avtomatik avrokuboklarda yerini təmin edib.

Qurban Qurbanovun yetirmələrini qazandığı 3 xal növbəti mükafata daşıyıb. Təbii ki, bu medalın əyarının yenə qızıl olacağı real görünür. Hər halda, "Qarabağ"ın ən yaxın izləyicisi "Qəbələ" ilə arasında olan böyük xal fərqi bunu deməyə əsas verir. Roman Qriqorçukun komandası bu gün səfərdə "Zirə"yə qalib gələrsə belə, xal fərqi 10 olacaq. Bu isə sona 6 tur qalmış böyük fərqdi. Deməli, ağdamlıların ardıcıl 5-ci çempionluğunu yaxın turlarda, çempionatın yekununadək rəsmiləşdirəcəyini gözlənilir.  "Qarabağ" 2012/13-dən bəridir çempionatın medalçıları sırasında olur. Bu, ilk dəfə gümüş, sonra ardıcıl qızıl medallarla tarixə düşüb. Qurban Qurbanovun komandası son dəfə 2011/12 mövsümünün yekununa əsasən çempionatın medalçıları, avrokubokların iştirakçıları sırasında yer almayıb.