PAOK-un prezidenti "Galatasaray"dan gələcək pula göz dikib


İdman 08 Apr 2018 18:14:00 307 0

PAOK-un prezidenti "Galatasaray"dan gələcək pula göz dikib

"Galatasaray"ın maliyyə sıxıntıları yaşadığı bir dönəmdə köhnə borc sahibləri də dilə gəlməyə başlayıb. Tudor və Prandellidən başlayan bu "haqq-hesab kampaniyasına" klublar da qoşulub. Goal.az xəbər verir ki, bunların arasında silahla meydana çıxdığı üçün 3 il stadiona giriş qadağası ilə üzləşən PAOK prezidenti İvan Savvidis də var. Türkiyə mətbuatının yazdığına görə yunan iş adamı 2017-ci ildə "Galatasaray"a satdığı futbolçunun Premyer Liqa klubuna keçməsi üçün agentinə təzyiq göstərir. Müqaviləyə görə 27 yaşlı havbekin 3-cü kluba transferindən əldə olunacaq gəlirin 20%-i PAOK-a çatmalıdır. Qeyd olunur ki, Savvidis Rodriqezin agentinə 1 milyon avro təklif edir və futbolçunu 25 milyon avroya satmaq üçün onu sıxışdırır.