Azərbaycan külək elektrostansiyalarının inşasına xarici investisiyalar cəlb edəcək


Digərləri 08 Apr 2018 17:44:00 262 0

Azərbaycan külək elektrostansiyalarının inşasına xarici investisiyalar cəlb edəcək

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkə ərazisində külək elektrik stansiyalarının tikintisinə fərdi yatırımların cəlb edilməsi məqsədi ilə Nazirlər Kabinetinə müvafiq sənədlər təqdim edəcək.

Son.az bildirir ki, bu barədə Trend-ə Agentliyin sədr müavini Cəmil Məlikov deyib.

"Kommunal xidmətlərin inkişafı üzrə Strateji Yol Xəritəsi çərçivəsində 2020-ci ilədək Azərbaycanda 350 meqavat gücündə elektrik stansiyaları inşa edilməlidir. Bu gün yerli və xarici fərdi investisiyaların hansı şərtlərlə və hansı şəkildə cəlb ediləcəyi məsələsini həll etmək vacibdir",-deyə o bildirib.