Nebenzya "Skripal işi" üzrə ittihamı Rusiyanın beynəlxalq arenadakı roluna zərbə adlandırıb


Dünya 08 Apr 2018 16:56:08 293 0

Nebenzya "Skripal işi" üzrə ittihamı Rusiyanın beynəlxalq arenadakı roluna zərbə adlandırıb

"Bu, mən deyərdim ki, ümumiyyətlə, bizim legitimliyimizi sual altına qoyacaq"

Böyük Britaniya ərazisində zəhərləyici hərbi maddənin tətbiqi ilə bağlı Rusiyaya yönələn ittihamlar, Moskvanın beynəlxalq arenadakı rolunu zərbə altına qoyacaq.

“Report” xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Birinci kanalın efirində deyib.

"Bu, mən deyərdim ki, ümumiyyətlə, bizim legitimliyimizi sual altına qoyacaq. Bu, bizim sadəcə Suriya münaqişəsinin nizamlanması məsələsində deyil, həm də, prinsip etibarı ilə beynəlxalq arenadakı rolumuza zərbədir", - deyə TASS Nebenzyanın sözlərini sitat gətirib.