Bakıda qeyriadi oğurluq: günorta çağı, mühafizəçini aldadıb...


Digərləri 08 Apr 2018 16:58:00 289 0

Bakıda qeyriadi oğurluq: günorta çağı, mühafizəçini aldadıb...

Günün günorta çağı, Vergilər Nazirliyi yaxınlığındakı "Kapital bank" bankomatını iki nəfər "laqonda" ilə yarıb, 173.000 manatı oğurlayıb. Üzlərində əleyhqaz olub.

Son.az axar.az-a istinadən bildirir ki, bu məlumatı jurnalist Jalə Mütəllibova yayıb. Səhih xəbər olduğunu xüsusi qeyd edən jurnalist oğruların mühafizəçini aldatdığını da bildirib:

"Yaxınlıqdakı mühafizəçi soruşub ki, qardaş, neynirsiniz? Adamlar soyuqqanlılıqla cavab veriblər ki, bəs, "Sanepidemstansiya"dan gəlmişik, buraları dərmanlayırıq. Mühafizəçi o qədər hazırlıqsız və sadəlövh olub ki, ən elementar sualları belə verməyib. Maskalı qardaşlar pulu götürüb gediblər, indi Yasamal polisi də, bank da oğru axtarışındadır..."