Komandanın məşqini 37 min azarkeş izlədi - Braziliyada


İdman 08 Apr 2018 16:32:00 263 0

Komandanın məşqini 37 min azarkeş izlədi - Braziliyada

Bu gün "Corinthians" və "Palmeiras" San-Paulo ştatının çempionunu müəyyənləşdirəcək. Finalın ilk oyunu "Palmeiras"ın minimal hesablı qələbəsi ilə başa çatmışdı. Goal.az xəbər verir ki, həlledici qarşılaşma öncəsi "Corinthians"ın məşqini 37 min azarkeş izləyib.

Qeyd edək ki, bir müddət "Fenerbahçe" ilə səfər derbisinə yollanan "Galatasaray" da oxşar təcrübədən yararlanmışdı. Həmin vaxt "sarı qırmızılar"ın məşqini 28 mindən çox azarkeş stadiondan izləmişdi.