Qubada 2 nəfərin kanalda batdığı ehtimal edilir


Digərləri 08 Apr 2018 15:47:00 292 0

Qubada 2 nəfərin kanalda batdığı ehtimal edilir

Quba rayonunda 2 nəfərin batdığı ehtimal edilir

Bakı. Quba rayonunda 2 nəfərin batdığı ehtimal edilir. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, rayonun Gədikqışlaq kəndində 2 nəfərin Samur-Abşeron su kanalında batdığı ehtimal edilir. Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.