"Leicester City" Mahrezə əvəzləyici tapdı


İdman 08 Apr 2018 15:12:00 296 0

"Leicester City" Mahrezə əvəzləyici tapdı

"Leicester City"nin 2016-cı ildə İngiltərə çempionu olmasına böyük töhvə verən Riyad Mahrez yayda klubunu dəyişməyə hazırlaşır. Əlcəzairli yarımmüdafiəçi ötən qış "Manchester City"yə keçməyə yaxın olsa, "Leicester" rəhbərliyi buna imkan verməmişdi. Klub artıq Mahrezin mövqeyinə əvəzləyici də tapıb. Goal.az xəbər verir ki, "tülkülər" "Norwich City"nin 21 yaşlı futbolçuu Ceyms Meddisonu gözaltı edib. Gənc havbekə "Liverpool", "Tottenham" və "Everton" da iddia edir.