DİN: Almaniyanın Münster şəhərində baş verən hadisə terrorla bağlı deyil


Dünya 08 Apr 2018 14:58:17 250 0

DİN: Almaniyanın Münster şəhərində baş verən hadisə terrorla bağlı deyil

"Terror özəkləri ilə bağlılıq olmayıb"

Almaniyanın Münster şəhərində kiçik yük avtomobilinin insanların üzərinə sürülməsi faktı ilə bağlı araşdırma davam etdirilir, bununla belə terrorçuluqla əlaqə aşkar olunmayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü Almaniyanın xarici işlər naziri Horst Zeyehofer deyib.

"Terror özəkləri ilə bağlılıq olmayıb", - deyə nazir bildirib.