Rusiya təkzib etdi: Ekspert göndərməyə hazırıq


Dünya 08 Apr 2018 14:59:00 234 0

Rusiya təkzib etdi: Ekspert göndərməyə hazırıq

Suriyanın Duma şəhərində kimyəvi silah istifadəsi ilə bağlı xəbərləri təkzib edirik.

Son.az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiyanın Suriyada Atəşkəsə Nəzarət Mərkəzinin rəhbəri general Yuri Yevtuşenko deyib.

"Bu informasiyanı qətiyyətlə təkzib edirik və Duma şəhərinin döyüşçülərdən azad edilməsindən dərhal sonra Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə sahəsindəki mütəxəssislərini bu ifadələrin saxta xarakterini təsdiq edən məlumatları toplamaq üçün göndərməyə hazır olduğumuzu bəyan edirik", - Yevtuşenko deyib.