"Barcelona"ya mütləq rekord üçün bir qələbə kifayət edəcək


İdman 08 Apr 2018 14:32:00 267 0

"Barcelona"ya mütləq rekord üçün bir qələbə kifayət edəcək

"Barcelona" İspaniya çempionatının 31-ci turunda "Leganes" üzərində 3:1 hesablı qələbədən sonra Primeroda məğlubiyyətsiz oyunlar seriyasını 38 matça çatdırıb. Goal.az xəbər verir ki, belə olan halda, Kataloniya klubu milli çempionatın 1978/79-cu illər mövsümünün 29-cu turundan 1979/80-ci illər mövsümünün 32-ci turuna qədər 38 qarşılaşmanı məğlubiyyətsiz keçirən "Real Soceidad"ın rekordunu təkrarlayıb.

"Barcelona"nın seriyası 31 qələbə və 7 heç-heçədən ibarətdir, eyni zamanda "Real Soceidad" 22 qələbə və 16 heç-heçə ilə tarixə düşmüşdü. Bu mövsümdə Ernesto Valverdenin yetirmələri daha 7 oyun keçirəcəklər. Növbəti turda Kataloniya komandası öz meydanında "Valencia"nı qəbul edəcək.