"Liverpool"a transferimin baş tutmasından biraz məyus olmuşdum"


İdman 08 Apr 2018 14:14:00 246 0

"Liverpool"a transferimin baş tutmasından biraz məyus olmuşdum"

"Monaco"nun yarımmüdafiəçisi Toma Lemar yanvarda "Liverpool"a transferin alınmaması barədə sualı cavablandırıb. Goal.az xəbər verir ki, gənc havbek daha böyük klublara keçmək niyyətində olduğunu gizlətməyib.

"Peşmançılıq? Ola bilsin, biraz məyus oldum. Amma baş tutmayan şey haqqında fikirləşmək nəyə lazımdır? Yay transfer mövsümündə mənimlə yenidən maraqlansınlar deyə gərgin çalışmağa davam edəcəm. Bütün təklifləri eşitməyə hazıram. Heç kimin üzünə qapı bağlamaq istəmirəm".

Ötən yay "Arsenal" Lemarı 90 milyon funta heyətinə qatmaq istəyirdi. Onunla hazırda "Manchester City" maraqlanır.