Gəncədə göldə batan uşaq xilas edildi


Digərləri 08 Apr 2018 13:30:00 259 0

Gəncədə göldə batan uşaq xilas edildi

Gəncədə göldə batan uşaq xilas edilib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev park kompleksində yerləşən süni göldə baş verib.

Gölün kənarında oynayan 2010-cu il təvəllüdlü Səttarov Həsən Elvin oğlu ehtiyatsızlıq nəticəsində suya düşüb. Ərazidə olan polis əməkdaşları uşağı sudan çıxararaq xəstəxanaya çatdırıblar.

Tibbi yardım nəticəsində H. Səttarovun həyatını xilas etmək mümkün olub.

Son.az