Türkiyədə sərnişin avtobusu aşıb, 1 nəfər ölüb, 20-si yaralanıb


Dünya 08 Apr 2018 12:10:41 320 0

Türkiyədə sərnişin avtobusu aşıb, 1 nəfər ölüb, 20-si yaralanıb

Qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib

Türkiyənin Afyon-Karahisar və Antalya şəhərlərini birləşdirən yolun 35-ci kilometrliyində sərnişin avtobusu aşıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, daha 20-si yaralanıb.

Hadisə yerinə asayiş keşikçiləri, xilasedicilər və tibb işçiləri cəlb olunub.

İlkin məlumata görə, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.