Smollinq: "Mourinyo fasilədə dedi ki..."


İdman 08 Apr 2018 11:48:00 296 0

Smollinq: "Mourinyo fasilədə dedi ki..."

İngiltərə Premyer Liqasının 32-ci turu Mançester derbisi ilə əlamətdar olub. "Manchester United"i qəbul edən "Manchester City" bu mövsüm ilk ev məğlubiyyətinə düçar olub. İlk hissədə 2 qol vuran Pep Qvardiolanın komandası bu hesabı qorusaydı, çempionluğu derbidə rəsmiləşdirəcəkdi. Amma 3 qol vuraraq geri dönüş edən "qırmızı şeytanlar" prinsipial rəqibini bu sevincdən məhrum edib. Goal.az xəbər verir ki, "United"in müdafiəçisi Kris Smollinq fasilədə paltardəyişmə otağında Joze Mourinyonun sözlərini açıqlayıb.

"Matçın ikinci hissəsində layiqli oyun göstərmək istəyirdik. Hesab edirəm ki, qələbəni haqq etdik. Birinci hissədə oyunumuz alınmadı, hər şey daha yaxşı ola bilərdi. Mourinyo fasilədə çox danışmadı. Çünki zəif çıxış etdiyimizi özümüz də bilirdik. O dedi ki, biz kloun kimi "City"nin titulu necə qazandığına tamaşa etmək istəmirik. Onlar mövsüm boyu əla təsir bağışlayıb. Amma bu oyunda qələbə bizim oldu. Vurduğum qol? Səhv buraxanda onu düzəltməyə çalışırsan. Qalibiyyətdə payım olmasına şadam" - Smollinq deyib.