Sabunçuda xəstəxanada yanğın olub


Digərləri 08 Apr 2018 11:32:00 259 0

Sabunçuda xəstəxanada yanğın olub

Bu gün Bakı şəhəri, Sabunçu rayonunda yerləşən xəstəxananın təsərrüfat otağında 2 m² sahədə tibbi ləvazimat yanıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, xəstəxananın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.