Gənc futbolçu dünyasını dəyişib


İdman 08 Apr 2018 11:07:00 272 0

Gənc futbolçu dünyasını dəyişib

David Astoridən sonra növbəti gözlənilməz futbolçu ölümü qeydə alınıb. Goal.az xəbər verir ki, Fransanın aşağı dəstəsində mübarizə aparan "Le Havre" klubunun müdafiəçisi Samba Diop dünyasını dəyişib. 18 yaşlı futbolçunun hansı səbəbdən öldüyü məlum deyil. Diop həftə ərzində adi rejimdə məşq edib və heç bir şikayəti olmayıb. Onun tibbi göstəriciləri də qaydasında olub. "Le Havre" hadisə ilə əlaqədar mərhumun yaxınlarına başsağlığı verib.