Neftçalada yaşlı kişini maşın vurdu


Digərləri 08 Apr 2018 09:56:00 244 0

Neftçalada yaşlı kişini maşın vurdu

Neftçala rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az report.az-a istinadən bildirir ki, 1956-cı il təvəllüdlü yerli sakin Rəhimov Yavər Talış oğlu rayonun Şorkənd kəndi ərazisində yol ilə gedərkən naməlum minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli bədən xəsarəti alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.