Ağ Ev aparatının rəhbəri Trampı istefa ilə hədələdi


Dünya 08 Apr 2018 09:27:00 253 0

Ağ Ev aparatının rəhbəri Trampı istefa ilə hədələdi

Ağ Ev aparatının rəhbəri Con Kelli ABŞ prezidenti Donald Trampı istefa verəcəyi  ilə hədələyib.

Son.az APA-ya istinadən bildirir ki, martın 28-də Kelli və Tramp "Oval kabinet"də görüşüblər. "Axios" nəşri mənbələrə istinadən qeyd edir ki, Donald Trampla əsəbi danışıq zamanı Con Kelli istefa verəcəyi ilə hədələyib. Ağ Ev aparatının rəhbəri sərt söhbət əsnasında dəfələrlə bu vəzifəyə can atmadığını bildirib.

"C.Kelli əsəbi şəkildə D.Trampa bildirib ki, o Ağ Ev aparatının rəhbəri vəzifəsinə təyin olunmamalı idi", - deyə mənbə nəşrə bildirib.