Çaylarda sululuq səviyyəsi dəyişib


Digərləri 08 Apr 2018 08:40:00 238 0

Çaylarda sululuq səviyyəsi dəyişib

Respublika çaylarında son günlər üzrə sululuq səviyyəsi açıqlanıb.

Bakı. Respublika çaylarında son günlər üzrə sululuq səviyyəsi açıqlanıb. Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 110-170, Kiçik Qafqazın çaylarında 120-160, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edib. Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 15 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 431 m3/s olmaqla ongünlük normanın 92 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 210 m3/s olmaqla ongünlük normanın 45 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 29 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 199 m3/s olmaqla, ongünlük normanın 144 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 73 m3/s təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.