Münster insidentində xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olubolmaması araşdırılır


Digərləri 08 Apr 2018 08:22:00 258 0

Münster insidentində xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olubolmaması araşdırılır

Almaniyanın Münster şəhərində yük maşınının kafedə oturan insanların üzərinə sürülməsi nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır.

Son.az bildirir ki, bunu Trend-ə XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib: "Hadisədə xəsarət alanlar sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsi səfirlik tərəfindən Almaniya hüquq mühafizə orqanları ilə araşdırılır. Əlavə məlumat olduğu təqdirdə bildiriləcək".

Münster şəhərində yaşayan həmyerlimiz Trend-ə bildirib ki, insident nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur.