AstaraRəşt dəmir yolunun tikintisi "ŞimalCənub" layihəsinin cəlbediciliyini artıracaq


Digərləri 08 Apr 2018 08:04:00 285 0

AstaraRəşt dəmir yolunun tikintisi "ŞimalCənub" layihəsinin cəlbediciliyini artıracaq

Astara-Rəşt dəmir yolunun tikintisi "Şimal-Cənub" layihəsinin cəlbediciliyini artırmağa kömək edəcək.

Son.az bildirir ki, bunu Trend-ə "RJD Logistika" şirkətinin baş direktorunun birinci müavini Eduard Alırzayev deyib.

E.Alırzayev bildirib: "Yəqin ki, "Şimal-Cənub" layihəsinin qarşısında dayanan əsas maneə Astara-Rəşt dəmir yolu sahəsidir. Burada yükləri dəmiryolu nəqliyyatından avtomobil nəqliyyatına keçirmək lazım gəlir. Bu isə daşınma müddətinin artmasına və nəql olunan yüklərin nomenklaturasının azalmasına gətirib çıxarır".