Beynəlxalq səviyyəli tanınmış psixoloqdan özünüzü tanımağa kömək edən HİKMƏTLİ SÖZLƏR


Digərləri 08 Apr 2018 07:28:00 295 0

Beynəlxalq səviyyəli tanınmış psixoloqdan özünüzü tanımağa kömək edən HİKMƏTLİ SÖZLƏR

Həkim psixoterapevti Mixail Litvak beynəlxalq səviyyəli ən tanınmış psixoloqlardan biridir. O, ilk dəfə "Psixoloji aykido" - münaqişələrin həlli sistemini işləyib hazırlayıb və onu ilk dəfə praktikada tətbiq etməyə başlayıb.

Son.az bu yazıda oxucuları psixoloqun məsləhətləri ilə tanış edir. Onlar sizə həyati məsələlərin həllində kömək edəcək.

Əgər insan özü haqqında yaxşı heç nə danışa bilmirsə, amma danışmaq istəyirsə, onda o başqaları barədə pis danışmağa başlayır.

Nə isə gəmirmək istəyirsənsə, mərmər daşını gəmirin, yaxının boğazını yox.

Depressiya insan üçün ona görə mövcuddur ki, o, özü haqqında düşünə bilsin.

Heç kim heç kimi tərk etmir, sadəcə kimsə irəli gedir. Qalan adamsa elə düşünür ki, onu tərk ediblər.

Əgər siz özünüz haqqında müsbət fikirdəsinizsə, onda başqalarının da haqqınızda yaxşı düşünməsi nəyinizə lazımdır ki?

Nə istəyirsinizsə, onu da edin və icazə almayın. Birdən imtina edərlər.

Sevmək bacarığı və tənhalığı yaxşı keçirtmək mənəvi kamilliyinin göstəricisidir. Biz tək qalanda çox yaxşı işlər görə bilirik.

Yetkin olmayan şəxsiyyət çox bilir, amma bacarmır. Yetkin insan bilir, həm də bacarır. Odur ki, yetkin olmayan şəxsiyyət tənqid edir, yetkin isə edir.