Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artıracaq (ÖZƏL)


Digərləri 08 Apr 2018 07:00:00 268 0

Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artıracaq (ÖZƏL)

Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artırmağa kömək edəcək

Bakı. İlkin Şəfiyev - Astara-Rəşt dəmir yolunun tikintisi “Şimal-Cənub” layihəsinin cəlbediciliyini artırmağa kömək edəcək. Bunu Trend-ə “RJD Logistika” şirkətinin baş direktorunun birinci müavini Eduard Alırzayev deyib. E.Alırzayev bildirib: “Yəqin ki, “Şimal-Cənub” layihəsinin qarşısında dayanan əsas maneə Astara-Rəşt dəmir yolu sahəsidir. Burada yükləri dəmiryolu nəqliyyatından avtomobil nəqliyyatına keçirmək lazım gəlir. Bu isə daşınma müddətinin artmasına və nəql olunan yüklərin nomenklaturasının azalmasına gətirib çıxarır”.